Quba, Qusar, Xaçmaz və Şabranda sel nəticəsində zədələnən yollar bərpa ediləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyevin sərəncamına əsasən, güclü yağışlar və sel suları nəticəsində Quba, Qusar, Xaçmaz və Şabran rayonlarında yol infrastrukturuna dəymiş zərərin aradan qaldırılması üçün bərpa işləri görüləcək.
BAKU.WS xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Quba–İspik–Xınalıq yolunun uçqun baş vermiş hissəsində, Quba–Qonaqkənd–Muçu yolunda çökmə və sürüşmə olan sahələrdə təmir aparılacaq. Eyni zamanda Yerfi–Adur yolunun çınqıl örtüyü yenilənəcək, suötürücü borular dəyişdiriləcək və Söhüb kəndi ərazisində körpünün giriş-çıxışı bərpa ediləcək.
Xaçmaz rayonunda Xaçmaz–Xudat–Yalama yolunun zədələnmiş hissələri və boru keçidləri yenilənəcək. Mollaoba–Qıraqlı və Həzrə–Muçuq yollarında da körpü və yol infrastrukturu bərpa olunacaq.
Oxşar xəbərlər
Bakıda bu ərazilərdə yeni parklar salınacaq - Süni göllər, tennis kortları...
"Bakının Baş Planı 2040 çərçivəsində paytaxtda yaşıllıq sahələrinin artırılması, mövcud parkların genişləndirilməsi və yeni istirahət məkanlarının yaradılması i...