Qrip və COVID-19-a eyni vaxtda yoluxma ölüm riskini 2,4 dəfə artırır
Yeniliklərdən dərhal xəbərdar olun
Həkimlər müəyyən ediblər ki, qrip və SARS-CoV-2 ilə eyni vaxtda yoluxma COVID-19-un ağır formalarının inkişaf şansını təxminən dörd dəfə, ölüm riskini təxminən 2,4 dəfə artırır.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bu barədə Edinburq Universitetinin mətbuat xidməti Lancet jurnalındakı məqaləyə istinadən məlumat verib.
"Müşahidələrimiz göstərir ki, koronavirus və qrip virusunun birləşməsi insan sağlamlığı üçün xüsusilə təhlükəlidir. Dünyanın əksər ölkələri məhdudlaşdırıcı tədbirləri ləğv etdikdən sonra bu problem xüsusilə kəskinləşəcək. Bu səbəbdən maksimum sayda insanın hər iki infeksiyaya qarşı peyvənd olunması son dərəcə vacibdir”, - Liverpul Universitetinin professoru Kalum Semple bildirib.
Oxşar xəbərlər
COVID-19 və qrip vaksini eyni vaxtda vurulacaq?
Azərbaycanda son günlər koronavirusa yoluxma sayında azalmalar olsa da, ölüm sayı yenə də çoxluq təşkil edir. Yazını hazırladığımız zaman açıqlanan statistik mə...