Qobudakı məktəbdə təmir işləri nə vaxt bitəcək?

Qobudakı məktəbdə təmir işləri nə vaxt bitəcək?
Video
Sosial 4

Yeni tədris ilinin başlamasına bir aydan da az vaxt qalıb.

Abşeron rayonunun Qobu qəsəbəsində yerləşən 3 nömrəli tam orta məktəbin ikinci korpusunda təmir işləri hələ də başa çatmayıb. Şagirdlərin valideynləri məsələ ilə bağlı Baku TV-nin qaynar xəttinə müraciət edərək narahatlıqlarını bildiriblər.

Onların sözlərinə görə, məktəbin birinci korpusu təmir olunaraq istifadəyə verilsə də, ibtidai sinif şagirdlərinin təhsil alacağı ikinci korpusda işlər davam edir.

Valideynlərə məktəbin sentyabrın 15-dək hazır olacağı bildirilsə də, hazırda binada görüləsi işlərin hələ çox olduğu deyilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər