Q.Məhərrəmli: "Alışanov adı kriminalda, hətta qətldə hallanan yeganə sədr oldu"
17
yan
2019
10:55
"Əlbəttə, Alışanovun AzTV sədliyindən çıxarılması yaxşı hadisədir". Bu sözləri jurnalist, teletənqidçi Qulu Məhərrəmli deyib. BAKU.WS xəbər verir ki, mütəmadi olaraq Arif Alışanovun fəaliyyətini tənqid edən jurnalist onun vəzifəsindən kənarlaşdırılmasının ədalətli qərar olduğunu bildirib:"O, ölkə rəhbərinin və kollektivin ona göstərdiyi etimadı doğrultmadı. Yaradıcı işdən tam uzaq olduğu üçün ciddi ənənəsi olan bir TV-ni özfəaliyyət səviyyəsinə endirdi, bir çox hallarda özəl kanalları yamsılamağa çalışdı. İslahat adı altında peşəkarları pərən-pərən saldı, onun kimliyini, gerçək bioqrafiyasını bilənləri işdən uzaqlaşdırdı. Əməkdaşların əksəriyyətini maaşsız və qonorarsız qoydu, kollektivdə ayrıseçkilik saldı. AzTV əsl yaradıcılıq böhranı yaşadı. Bu 12 il ərzində dövlətin himayəsi ilə müasir texnika alınsa da, xırda istisnalarla müasir veriliş formatları, auditoriyanı cəlb edən yaxşı proqramlar hazırlanmadı, geniş populyarlıq qazanan tamaşalar, filmlər çəkilmədi. Alışanov peşəkarlıq deyilən meyarı qənul etmədi, insani münasibətləri və digər yüksək dəyərləri ələ saldı.Tədricən TV-nin qara yarasına çevrilən Alışanov öz xislətindən irəli gələn başqa yolu seçdi, pulun cazibəsinin ardınca getdi. Bu işdə də gözü ayağının altını görmədi, heç bir ölçü tanımadı... Nəticədə AzTV tarixində adı korrupsiyada, maliyyə pozuntularında, kriminalda, məhkəmə qalmaqallarında, hətta qətldə hallanan yeganə sədr oldu.A.Alışanov getdi, amma AzTV-yə vurduğu yaralar üstüaçıq qaldı. Bu yaraları tezliklə sağaltmaq üçün son illərdə cidi əziyyətlər çəkmiş kollektivə və bu quruma təyin olunacaq yeni rəhbərə uğurlar arzulayıram"!Q.Məhərrəmli AzTV sədrinin işdən çıxarılması ilə bağlı ona gözaydınlığı verən insanların yanaşmasını onlarda bu addımın şüuraltı olaraq ədalətin bərqərar edilməsi kimi qavranıldığını vurğulayıb.Zülfiyyə QurbanovaBAKU.WS
Oxşar xəbərlər
Alışanovu bitirən səbəblər - TƏFƏRRÜAT
Xəbər verdiyimiz kimi "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov vəzifəsindən azad olunub.Ölkə başçısı bununla...