SİZİN REKLAM BURADA!
055 213 76 73



“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov vəzifəsindən uzaqlaşdırılıb.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki,bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Arif Nizam oğlu Alışanov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir”, - deyə Sərəncamda qeyd edilib.

BAKU.WS