QHT-lər üçün birlikdə qrant müsabiqəsi elan edilib
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun qrant vəsaiti hesabına QHT-lər üçün birlikdə qrant müsabiqəsi elan edilib.
Bu barədə BAKU.WS-ə Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyindən məlumat verilib.
Müsabiqə üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbuluna 2026-cı il avqust ayının 6-da başlanacaq. Müraciət üçün son tarix 2026-cı il 26 avqustdur. Sənəd qəbulu bitdikdən sonra QHT-lərin təqdim etdiyi layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək, qaliblər müəyyənləşdiriləcək və adları elan ediləcək.
Qrant məbləğlərinin yuxarı həddi və digər şərtlər barədə bu link vasitəsilə daha ətraflı məlumat əldə etmək olar.
Oxşar xəbərlər
Aylardır həllini tapmayan PROBLEM: Hökməlidə çirkab sular küçəyə axıdılır
Abşeron rayonunun Hökməli qəsəbəsində "Megastore" marketinin qarşısına yaxın ərazidə kanalizasiya xəttindən çirkab sular 3 aydır küçəyə axır. Bu barədə BAKU.WS...