Qeyri-adi bacarığa malik olan Elvin: Ona "canlı təqvim" deyirlər
Onun riyazi hesablamalarda çevikliyi hər kəsi heyrətləndirir.
Söhbət 29 yaşlı Şamaxı sakini Elvin Qəniyevdən gedir. Elvin təqvimin həm keçmiş, həm də gələcək günlərinin həftənin neçənci gününə düşdüyünü dəqiqliklə deyə bilir.
Buna görə də ona "canlı təqvim" deyirlər. Elvinin sözlərinə görə, bu qabiliyyət onda hələ məktəb illərindən formalaşmağa başlayıb.
"Yaddaşım güclü olduğuna görə istəyirdim ki, təqvimə baxmadan günləri deyə bilim. Sonradan həvəsim artdı və müxtəlif illər üzrə hansı günün hansı tarixə düşdüyünü deməyə başladım. Təxminən 13-14 yaşımda məktəbdə sinif yoldaşlarıma dedim, əvvəl inanmadılar. Deyirdilər ki, belə şey mümkün deyil. Sonra müxtəlif illər və tarixlər soruşdular, hamısını dəqiq cavablandırdım. Ondan sonra başa düşdülər ki, bu, hər adamın bacardığı iş deyil", - deyə Elvin Baku TV-yə bildirib.
Elvin peşə təhsili alıb, amma onun ən böyük arzusu aktyor olmaqdır.
Oxşar xəbərlər
Hər gün qəbul edilməli qidalar açıqlandı
Sağlam qidalanma uzunömürlülük və xəstəliklərin qarşısının alınmasında əsas amillərdən biri hesab olunur. Mütəxəssislər bildirirlər ki, gündəlik rasionda bəzi q...