Qəbul imtahanlarında bu yeniliklər olacaq - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ali məktəblərə qəbul imtahanlarında bəzi ixtisaslar üzrə dəyişikliklər ediləcək. İmtahanların mövzularında da yeniliklərin edilməsi nəzərdə tutulub. Bununla bağlı keçirilən mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə əsas məqamlara aydınlıq gətirib. DİM-in sədri vurğulayıb ki, 1-ci ixtisas qrupu ilə bağlı yenilik builki imtahanlarda deyil, ondan sonrakı il keçiriləcək imtahanlarda tətbiq olunacaq. Digər dəyişikliklər isə builki imtahanlarda olacaq.
BAKU.WS xəbər verir ki, III ixtisas qruplarında bəzi ixtisaslar üzrə imtahan fənlərinə dəyişiklik edilib. Bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, III qrupa əlavə fənn artırılmayıb, sadəcə beynəlxalq münasibətlər və regionşünaslıq ixtisasları üzrə imtahan verən abituriyentlər coğrafiya fənnindən imtahan verəcəklər.
Gələcəkdə sənədlərini 1-ci qrupa təqdim edən bəzi abituriyentlər üçün də dəyişiklik nəzərdə tutulur.
Məleykə Abbaszadə vurğulayıb ki, qəbul imtahanlarının məzmununda işğaldan azad edilmiş ərazilər ilə bağlı yeniliklər də ediləcək.
Məleykə Abbassadə əlavə edib ki, bu sahədə abituriyentlərə kömək üçün yanvar ayına qədər elektron imtahan keçiriləcək. Noyabr ayında isə yeni blok imtahanları baş tutacaq. Yeni proqram dərc edildikdən sonra bu il epidemioloji vəziyyət imkan verərsə, yanvar ayından etibarən sınaq imtahanları keçiriləcək.
Oxşar xəbərlər
Universitetlərin boş qalan yerlərinə və kolleclərə ixtisas seçimi başlanıb
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi başla...