Qəbələdə Baden-Badenin mavi gecələri (FOTO)

Qəbələdə Baden-Badenin mavi gecələri (FOTO)
Sosial 2698

Sərfəli qiymətə Avropa keyfiyyəti 

Avropanın ən ucuz qış turizm kurortlarından hesab edilən Bolqarıstanın Bansko, Pamporovo və Borovetsdə istirahətin bir gecəsi 125 €-ya başa gəlir. Bizim pulla orta hesabla 213 manata olan istirahətə oteldə bir gecə, dağ-xizək istirahəti və bir şüşə də pivə daxildir. Eyni istirahət Fransanın məşhur Kurşevele kurort zonasında 515 €-yadır. 

Ancaq bundan da keyfiyyətli və yaddaqalan istirahəti ölkəmizdən kənara çıxmamaq şərti ilə dəfələrlə aşağı qiymətə etmək mümkündür. Azərbaycanda bir məkan var ki, burada istirahətin qiyməti Avropanın ən ucuz kurortlarından da sərfəlidir, keyfiyyət isə Fransa, İsveçrə və Almaniyanın məşhur qış istirahət zonalarından heç də geri qalmır. Bakıdan 225 km, Qəbələ beynəlxalq hava limanından 20 km məsafədə yerləşən "Qafqaz Tufandağ Mountain Resort Hotel”də təbiətin qoynunda 5 ulduzlu xidmət 2 nəfər üçün cəmi 179 manatdır. Bu məbləği ödəyərək müştərilər 2 nəfərlik otaqda gecələməklə bərabər, səhər yeməyi, SPA və fitness, ödənişsiz xizək dəsti, ödənişsiz xizək geyimləri, xizək xəttinə buraxılış kartı, eyni zamanda hoteldə erkən qeydiyyat (10:00-dan etibarən) və gec çıxış (16:00-a qədər) imkanları da əldə edə bilirlər. 

Avropada qış istirahətinin dadını çıxaranlar hətta bildirirlər ki, Tufandağda istirahət heç də Almaniyanın dünyaca məşhur kurort cənnəti adlandırılan Baden-Badendən geri qalmır. "Şərikli çörək” filminin qəhrəmanın təbirincə desək Qəbələdə "Baden-Badennin mavi gecələri”ni yaşamaq heç də əlçatmaz xəyal deyil. 

Novruz üçün ağlasığmaz fürsət 

Novruz bayramı münasibətilə 19-28 mart tarixlərində xüsusi kampaniyaya start verilib. Artıq arzu edənlər 72 AZN-dən başlayan iki nəfərlik otaq qiymətləri ilə, (gecələmə, səhər yeməyi, internet, spa və fitness qiymətə daxildir) 22-23-24 Mart tarixlərində isə 116 AZN-dən başlayan 2 nəfərlik otaq qiymətləri ilə (Gecələmə, səhər yeməyi, SPA, Bayram Şou Programı – Musiqiçilər, aparıcılar, DJ-lər, keçəl və kosa, köpük Şousu, klounlar, rəqqas və rəqqasələr, sehrbazlar və s.) qonaq ola bilərlər. "Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi"ndə nəhəng infrastruktur yaradılıb, avtomobil yolunun çəkilməsi, torpaq sürüşmələrinin qarşısının alınması üçün mühafizə tədbirləri görülüb. İnsanların rahat istirahəti üçün hər cür şəraitə malik infrastruktur, o cümlədən mehmanxana, ofislər, uşaqlar üçün istirahət guşəsi və digər müvafiq obyektlərin yaradılması istiqamətində işlər aparılıb. Hazırda kompleks gün ərzində üç min beş yüz nəfərə xidmət göstərir. 

Dağların qoynunda möcüzə 

Amma turistlərin qış istirahəti üçün Qəbələni seçməsi üçün başqa bir səbəb də var. Qəbələnin Yengicə kəndindəki "Yengicə Thermal and SPA” hoteli. Hotelin yerləşdiyi ərazi öz mineral suları ilə məşhurdur. Su mədə-bağırsaq, sümük, dəri-zöhrəvi xəstəlikləri üçün əsl möcüzəvi təsirə malikdir. "Yengicə Thermal and SPA” qonaqlarına 61 geniş otaq təqdim edir. Otaqların hər biri mərkəzi isitmə və kondisioner sistemi, mini bar, kabel tv və s. təmin edilib. "Yengicə Thermal and SPA” hotelində məşhur Naftalan nefti ilə müalicə də həyata keçirilir. Müştərilərin keyfiyyətli qida ilə təmin olunması üçün hoteldə restoran fəaliyyət göstərir. Yayda isə balıq həvəskarları yaxınlıqdakı göldən balıq tutaraq hotelin restoranında dada bilərlər. 

Bəli artıq Avropanın əlçatmaz turizm mərkəzlərinə getmək arzumuz burda da reallaşa bilər. Avropanın dağ-xizək idmanının mərkəzi sayılan Avstriyanın Tirol, İsveçrənin dünyaca məşhur kurort şəhəri Davos və Almaniya, eləcə də bütün dünyada qış əyləncəsinin mərkəzlərindən sayılan Baden-Baden kimi kurortlar ayağımıza qədər gəlib. Bircə qalır "Qafqaz Hotelləri Qrupu”na daxil olan Azərbaycandakı 13 oteldən birinə getmək.

Xoş istirahətlər! 

AZAD Əliyev

BAKU.WS

Son xəbərlər