Qazi: “Kirayədə yaşayırdıq, yanvar ayından yeni mənzilə köçmüşük” - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
“Bakı şəhəri Səbail rayonunda kirayə mənzildə yaşayırdım. Yanvar ayından yeni mənzilimizə köçmüşük”.
BAKU.WS xəbər verir ki, bu barədə “report”a açıqlamasında Vətən müharibəsi iştirakçısı, II dərəcəli əlil Vüsal Sadıxov deyib.
O bildirib ki, 2014-cü ildə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbini bitirib:
“Xüsusi Təyinatlı Dəstəndə kapitan hərbi rütbəsində xidmət etmişəm. Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Murovdağ istiqamətində düşmənin atdığı minaatan mərmisinin partlaması nəticəsində sol qolum və sol dizimdən ağır yaralanmışam, kəllə-beyin travması almışam. Əvvəllər xidmət etdiyim hərbi hissənin hərbi şəhərciyində yaşayırdım. Döyüşlər zamanı yaralandığıma görə ehtiyata buraxılmışam.
Ailəliyəm, iki övladım var. Yanvar ayından Binəqədi rayonu, Xocasən qəsəbəsində yeni tikilən binada mənə 3 otaqlı mənzil verilib. Hazırda orada yaşayırıq”.
V.Sadıxov şəhid ailələrinə və qazilərə göstərilən diqqətə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlara əsasən, V.Sadıxov "Vətən müharibəsi iştirakçısı", "Hərbi xidmətlərə görə" və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...