Qazaxıstan Rusiya peyvəndinin istehsalından imtina etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Qazaxıstan Rusiyanın “Sputnik V” adlı koronavirus peyvəndinin istehsalını dayandırıb.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Səhiyyə Nazirliyi yanında Dərman Siyasəti İdarəsinin rəhbəri Bauırjan Cusipova məlumat verib.
O qeyd edib ki, hazırda respublika Rusiya dərmanının yeni partiyalarına ehtiyac hiss etmir.
Onun sözlərinə görə, eyni zamanda ölkə özünün “QazVac” vaksinin istehsalını artırır.
Cusipov həmçinin bildirib ki, Qazaxıstan hazırda ABŞ-ın “Pfizer” vaksininin yeni partiyasının alınması ilə bağlı danışıqlar aparır.
Oxşar xəbərlər
"Johnson & Johnson" koronavirus peyvəndinin istehsalını dayandırdı
"Johnson & Johnson" koronavirus peyvəndinin istehsalını dayandırıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "The New York Times" qəzeti yazıb. Nəş...