“Sputnik V” vaksininin Avropa İttifaqında istifadəsi məqsədilə edilən müraciət qəbul olunub

Avropa Dərman Agentliyi Rusiyanın “Sputnik V” vaksininin Avropa İttifaqında istifadəsi məqsədilə edilən müraciəti rəsmi olaraq qəbul edib.
BAKU.WS AZƏRTAC-a istinadla xəbər verir ki, Rusiya Birbaşa İnvestisiyalar Fondunun müraciəti yanvarın 29-da Agentliyə daxil olub.
Fondun rəhbəri Kirill Dmitriyev dərmanın Avropa İttifaqına yay aylarından əvvəl verilə bilməyəcəyi barədə xəbərdarlıq edib. O bildirib ki, Avropa İttifaqına vaksinlərin tədarükü yalnız Rusiyadakı vaksinasiya kampaniyası başa çatandan sonra təşkil ediləcək və peyvənd etmək istəyən hər kəs bundan istifadə edə biləcək.
Qeyd edək ki, Rusiyada vaksinasiya artıq iki ay əvvəl başlayıb.
Serbiyada da peyvənd kampaniyası tam sürətlə davam edir, Belqradda “Sputnik V” ilə yanaşı, mövcud bütün vaksinlər, o cümlədən “Pfizer/BioNTECH” və Çinin “Sinovac” preparatların istifadə edilməsinə qərar verilib.
İrana “Sputnik V” vaksininin ilk partiyası ötən şənbə günü gətirilib, vaksinasiya paytaxtla yanaşı, bir neçə böyük şəhərdə aparılır.
Oxşar xəbərlər
ÜST: Hazırda 52 ölkədə vaksinasiya aparılır
“Dünyada koronavirusa qarşı vaksinasiya dekabrın əvvəllərindən başlayıb". BAKU.WS xəbər verir ki, bunu APA-ya Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nü...