"Johnson & Johnson" koronavirus peyvəndinin istehsalını dayandırdı
Yeniliklərdən dərhal xəbərdar olun
"Johnson & Johnson" koronavirus peyvəndinin istehsalını dayandırıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "The New York Times" qəzeti yazıb.
Nəşrin məlumatına görə, 2021-ci ilin sonunda şirkət vaksinin istehsal olunduğu Niderlandın Leyden şəhərindəki zavodunu bağlayıb. İstehsalın dayandırılması müvəqqətidir: fasilədən sonra zavodda vaksinin istehsalı bərpa olunacaq.
Qəzetin yazdığına görə, şirkət mart ayında Leydendə dərman istehsalına yenidən başlamağa hazırlaşır.
İstehsalda yaranan fasilə səbəbindən vaksinin tədarükü bir neçə milyon doza azaldıla bilər.
Oxşar xəbərlər
COVID-19 və qrip vaksini eyni vaxtda vurulacaq?
Azərbaycanda son günlər koronavirusa yoluxma sayında azalmalar olsa da, ölüm sayı yenə də çoxluq təşkil edir. Yazını hazırladığımız zaman açıqlanan statistik mə...