Qaxda xadimə işləyən qadın 37 yaşında tələbə oldu

Qax rayon Ləkit kənd sakini 37 yaşlı Esmira Ramazanova orta məktəbi bitirməsindən 20 il keçməsinə baxmayaraq, ali məktəblərə qəbul imtahanında iştirak edərək tələbə adını qazanıb.
BAKU.WS xəbər verir ki, valideynlərini vaxtsız itirdiyi üçün ali təhsil ala bilməyən Esmira Ramazanova illər sonra bu arzusunu gerçəkləşdirib.
O, bildirib ki, rayonda xadimə işləyə-işləyə ali məktəblərə qəbul imtahanına hazırlaşıb.
Öz əzmi nəticəsində Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrar mühəndislik ixtisasına qəbul olub.
O, böyük övladının 3-cü kurs tələbəsi olduğunu söyləyib.
Bildirib ki, ali məktəbə hazırlaşmağa övladları da ona dəstək olub.
Ətraflı "Baku TV"-nin videomaterialında:
Oxşar xəbərlər
Zaqatalada acınacaqlı DURUM - Ağaclar məhv olur
Zaqatalanın Maqov kəndində qorxunc mənzərə müşahidə edilib. BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, Ağ Amerika kəpənəyinin tırtılları (qurdlar) k...
