Qaxda dolu və leysan fəsadlar törədib
Yeniliklərdən dərhal xəbərdar olun
Qax rayonuna dolu və leysan yağıb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, axşam saatlarında rayon ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunub, şəhər ərazisinə bir neçə dəqiqə davam edən dolu düşüb.
Güclü külək nəticəsində şəhərin Heydər Əliyev prospektində ağaclar aşıb, şəhər ərazisindən keçən kanal daşıb.
Qeyri-sabit hava şəraiti nəticəsində rayon ərazisinə elektrik enerjisinin verilişi dayandırılıb. Qax rayon Elektrik Şəbəkəsin bildirilib ki, şəhər ərazisində ağacların aşaraq naqilləri qırması nəticəsində qəzalar baş verib. Hazırda qəzaların aradan qaldırılması istiqamətində işlər aparılır.
Hazırda rayonda leysan davam edir.
Oxşar xəbərlər
Ölkə ərazisində müşahidə edilən FAKTİKİ HAVA
Ölkənin bəzi çaylarından sel keçib, Zaqatalaya 25 mm-lik dolu düşüb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Belə ki, sentyabrın 7-nə olan mə...