Azərbaycanda bölgələrə leysan yağdı, dolu düşdü - Faktiki hava - YENİLƏNİB

Azərbaycanda bölgələrə leysan yağdı, dolu düşdü - Faktiki hava - YENİLƏNİB
Sosial 407

Naxçıvan, Ordubad, Daşkəsən, Neftçala, Göygöl, Gədəbəy, Lerik, Yardımlı, Lənkəran, Astarada şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova BAKU.WS-ə bildirib ki, Gədəbəy rayonu ərazisinə saat 15:12 radələrində qısamüddətli, diametri 6 mm olan dolu düşüb.

“Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 24-29, Naxçıvanda 23-27, Aran rayonlarında 28-31 dərəcə isti, dağlıq rayonlarda 23, yüksək dağlıq ərazilərdə 12 dərəcəyədək isti olub”, - G.Məmmədova bildirilib.

***10:26

Ölkə ərazisində müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, iyunun 1-i saat 09:00-a qədər əksər rayonlarda hava şəraiti qeyri-sabit olub, şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, güclü şimal-qərb küləyi əsib.

Yağan leysan xarakterli yağışlarla əlaqədar Dəstəfurçay-Qaraqollar çayından və Şəmkirçayın aşağı hissəsindən sel keçib.

Düşən yağıntının miqdarı Balakəndə 45 (aylıq normanın 36 faizi), Şəkidə 42 (aylıq normanın 41faizi), Qaxda 41 (aylıq normanın 40 faizi), Qubada 32 (aylıq normanın 59 faizi), Göyçayda 28 (aylıq normanın 45 faizi), Oğuzda 28 (aylıq normanın 27 faizi), Şahdağda 24 (aylıq normanın 44 faizi), Daşkəsəndə 20, Qəbələdə 14, Zaqatalada 13 mm, Astara, Bərdə, Tərtər, Qrız, Qusar, Mingəçevir, Şəmkir, Ağdam, Naftalan, Şərur, Lerik, Yardımlı, Şahbuz, Lənkəran, Biləsuvar, Yevlax, Xaltan, Zərdab, Altıağac, Ağstafa, Naxçıvan, Ordubad, Sədərək, Göygöl, Gəncə, Tovuz, Sabirabad, Neftçalada 8 mm-dək olub.

Mayın 31-i saat 13:50 radələrində Qazax rayonunun Quşçu Ayrım, saat 14:00 radələrində Fərəhli kəndlərinə diametri 10-12 mm, saat 15:47-15:57 radələrində Şəmkir rayonunun Yuxarı Seyfəli və Çinarlı kəndlərinə diametri 10-12 mm, saat 16:54-16:56 radələrində isə Balakən rayonuna xırda dənəli dolu düşüb.

Mayın 31-də qərb küləyi arabir Ağdam, Göyçayda 28 m/s, İsmayıllıda 24 m/s, Zaqatala, Naxçıvan, Cəfərxan,Tovuz, Zərdabda 20 m/s, Daşkəsən, Şəmkir, Salyan,Tərtər, Mingəçevir, Gədəbəydə 18 m/s, Sabirabadda 17 m/s, Beyləqanda 16 m/s, Şərurda 15 m/s, Bakıda və Abşeron yarımadasında 17 m/s-dək güclənib.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti iyunun 3-ü gündüzədək davam edəcək. Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.

Oxşar xəbərlər

İstilər gəlir - Havanın temperaturu 40 dərəcəyə çatacaq

İstilər gəlir - Havanın temperaturu 40 dərəcəyə çatacaq

İyun ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən...

5961 Sosial 11:41 31 may 2023

Son xəbərlər