Qarpız seçməyin sirrləri: Bu əlamətlərə baxmadan almayın
Qarpızı hansı aydan almaq daha təhlükəsizdir? Seçərkən bu məqamlara diqqət edin
Yayın ən sevilən meyvələrindən olan qarpızın bazarlarda erkən satışa çıxması alıcıların "onu nə vaxt almaq daha təhlükəsizdir?" sualını da gündəmə gətirir.
BAKU.WS-in məlumatına görə, mütəxəssislər bildirirlər ki, qarpızın təbii yetişmə dövrü əsasən iyulun ikinci yarısından avqust ayına qədər olduğundan, bu dövrdə satışa çıxarılan məhsulların daha təbii və keyfiyyətli olma ehtimalı yüksəkdir.
Erkən yetişdirilən qarpızlarda məhsulun tez böyüməsi üçün normadan artıq gübrə və nitratlardan istifadə riski daha çox olduğundan, istehlakçılara mövsümündə yetişən məhsullara üstünlük vermələri tövsiyə edilir.
Qarpız seçərkən bir neçə vacib məqama diqqət yetirmək lazımdır. Meyvənin qabığı parlaq deyil, mat görünüşlü olmalı, üzərində sarımtıl ləkə – yəni torpaqla təmasda qalan hissə aydın seçilməlidir. Saplağın qurumuş olması qarpızın yetişdiyini göstərən əlamətlərdən biridir. Qabığına yüngül vurduqda gələn aydın və boğuq olmayan səs də məhsulun yetişdiyini göstərir.
Mütəxəssislər çatlamış, kəsilmiş və ya zədələnmiş qarpızların alınmasını məsləhət görmürlər. Belə məhsullarda bakteriyaların çoxalma ehtimalı yüksək olur. Eyni zamanda, yol kənarında, birbaşa günəş şüaları altında satılan qarpızların alınması da tövsiyə edilmir.
Həkimlər bildirirlər ki, qarpız kəsildikdən sonra otaq temperaturunda uzun müddət saxlanılmamalı, soyuducuda qorunmalı və 24 saat ərzində istehlak edilməlidir. Bu qaydalara əməl etmək qida zəhərlənməsi riskini minimuma endirməyə kömək edir.
Oxşar xəbərlər
Cəlilabadın Göytəpə şəhərində Şəhidlər kompleksinin tikintisinə başlanılıb
Cəlilabad rayonunun Göytəpə şəhərində Şəhidlər kompleksinin tikintisinə başlanılıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, tikinti işləri Göytəpə şəhərinin...