Qaraxanbəyli kəndinin layihələndirilən ərazisinin ümumi sahəsi 316 hektardır
Yeniliklərdən dərhal xəbərdar olun
Füzuli rayonunun Qaraxanbəyli kəndinin layihələndirilən ərazisinin ümumi sahəsi 316 hektadır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sərabi deyib.
Onun sözlərinə görə, kənddə ilkin mərhələdə 1479 fərdi evin inşası planlaşdırılır:
"Tikintinin ilk mərhələsində 87 hektar ərazi layihələndiriləcək. Eləcə də 404 fərdi ev tikiləcək. Evlər 2-3-5 otaqlı olacaq. Həmçinin 528 şagird yerlik məktəb, 120 yerlik uşaq bağçası və tibb məntəqəsinin inşası da planlaşdırılır".
Oxşar xəbərlər
Dermatoloqdan isti duşla bağlı XƏBƏRDARLIQ
Uşaqlara, yaşlılara və quru dəri problemi olan şəxslərə çox isti su ilə çimmək tövsiyə edilmir. Belə su dərinin qoruyucu yağ təbəqəsini zədələyə və onun müdafiə...