Qaradağdakı reydlər zamanı əhaliyə tibbi maskalar paylanılır - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Qaradağ rayonunda fəaliyyət göstərən Operativ Qərargah tərəfindən yaradılmış 35 mobil qrupun üzvləri ilə birgə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejiminin vəziyyəti ilə əlaqədar gündəlik olaraq rayonun müxtəlif ərazilərində reydlər keçirilir.
BAKU.WS xəbər verir ki, rayonun bütün qəsəbələrində mobil qrup üzvləri küçə və meydanlarda, bankomat qarşısında, marketlərdə olub vətəndaşlarla, satıcılarla, nəqliyyat işçiləri ilə söhbət edib qayğı və problemləri, karantin rejimi qaydalarına əməl olunması vəziyyəti ilə yerindəcə maraqlanırlar.
13-14 oktyabr 2020-ci il tarixlərində mobil qrupların üzvləri rayonun Lökbatan, Sahil, Puta, Korgöz, Qızıldaş, Ümid, Sanqaçal, Çeyildağ, Qobustan, Ələt və Müşviqabad qəsəbələrində tibbi maskasız olan əhaliyə tibbi maskalar paylayıb.
Əhali ilə aparılan söhbətlər zamanı koronavirusla bağlı vətəndaşları müəyyən edilmiş tələblərə ciddi şəkildə əməl etmələrinin, tibbi-mühafizə vasitələrindən, maska və əlcəklərdən müntəzəm istifadə olunmasının, vətəndaşlar arasında sosial məsafənin gözlənilməsinin, əsasən, bankların və ticarət obyektlərinin qarşısında xüsusi işarələnmiş yerlərdə dayanıb növbə gözləməyin vacibliyini bir daha qeyd edilib.
Tətbiq olunan karantinin, qarşıya qoyulan tələblərin yalnız əhalinin sağlamlığının qorunmasına və koronavirus pandemiyasının törədə biləcək faciəvi nəticələrini qabaqlamağa xidmət etdiyini ətraflı izah edərək sakinləri bütün bunlara riayət etməyə çağırıblar.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva üç modul tipli xəstəxananın açılışını etdi - FOTO (YENİLƏNİB)
İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. BAK...