Qaraçuxurda məktəb ətrafında parklanma problemi ilə bağlı RƏSMİ AÇIQLAMA

Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 146 nömrəli məktəbin qarşısında valideynlər parklanma problemi ilə üzləşirlər.
Onların sözlərinə görə, uşaqlarını məktəbə gətirərkən avtomobili cəmi bir neçə saniyəlik saxlamaq belə mümkün deyil, çünki dərhal cərimə tətbiq olunur.
Ərazidə isə nə "dayanma-durma qadağandır" nişanı, nə də piyada keçidi zolağı mövcuddur.
"Məktəbin qarşısında avtobus dayanacağı nişanı var, amma avtobusu da rahat saxlamaq olmur. Valideynlər uşağını düşürmək üçün avtomobili saxlayan kimi isə cərimə yazılır. Əgər avtobusun dayanmasına icazə verilirsə, şəxsi avtomobili qısa müddətlik saxlamağa niyə icazə yoxdur?", ‒ deyə sakin narazılığını ifadə edib.
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, qurumun mütəxəssisləri tərəfindən məktəbin ətrafında yol hərəkəti təhlükəsizliyinin yüksəldilməsi, valideynlərin övladlarını rahat şəkildə nəqliyyat vasitələrinə mindirib-düşürmələrini təmin etmək istiqamətində təkliflər hazırlanır.
Bu çərçivədə 146 nömrəli məktəbin ətrafındakı vəziyyət də araşdırılacaq.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Oxşar xəbərlər
Azərbaycanda bələdiyyələrin birləşmə prosesi başa çatıb
Azərbaycanda bələdiyyələrin birləşmə prosesi ilə bağlı yaradılmış komissiyalar öz fəaliyyətlərini yekunlaşdırıb və birləşmə prosesi başa çatıb. BAKU.WS "Report"...
