Qaraçuxurda işıq problemi həllini tapdı
Yeniliklərdən dərhal xəbərdar olun
Suraxanı rayonu Qaraçuxur qəsəbəsində elektirk enerjisinin verilişində ötən gündən bəri yaranmış problem aradan qaldırılıb.
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq "Azərişıq"dan bildirilib.
Qeyd olunub ki, sözügedən ərazidə ötən gün yeraltı xətlərdə nasazlıq olub. Artıq işıqların verilişi bərpa olunub.
***14:26
Bakının Suraxanı rayonu Qaraçuxur qəsəbəsi sakinləri işıq problemi ilə üzləşiblər.
Bu barədə abonentlərdən biri BAKU.WS-in "qaynar xətti"nə müraciət edib.
Şikayətçi bildirib ki, qəsəbənin əksər hissələrində, eləcə də Hacınski 101 ünvanında 2 gündür işıqlar gündüz saatlarında demək olur ki işıq olmur.
"Dünən günorta saat 2-də işıq söndü və 10-da yandı. Heç bir saat keçmədiki ki, elə saat ondaca yenidən işıqlar kəsildi, bir də gedə saat 2-də yandı", - deyə şikayətçi vurğulayıb.
Oxşar xəbərlər
Bakıda vəzifəli şəxs işdən azad edildi
Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinin rəisi Xosrov Adil oğlu Əbdürəhmanov öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib. BAKU.WS AP...