"Qarabağ" Tovuzda çətin qələbə qazandı

Bu gün Misli Premyer Liqası, XIX turu çərçivəsində növbəti oyun baş tutub.
BAKU.WS xəbər verir ki, lider "Qarabağ" "Turan Tovuz"un qonağı olub.
Tovuz şəhər stadionunda 14:00-da başlayan matç "Qarabağ"ın 3-2 hesablı çətin əldə olunan qələbəsi ilə yekunlaşıb.
İlk olaraq hesabı 10-cu dəqiqədə "köhlən atlar"ın gənc hücumçusu Musa Qurbanlı açıb. Daha sonra 23-cü dəqiqədə "Turan Tovuz"un oyunçusu Runi Eva hesabı bərabərləşdirib. 27-ci dəqiqədə Ramil Şeydayev fərqlənərək "Qarabağ"ı 2-1 hesabı ilə önə çıxarıb, 85-də Ehtiram Şahverdiyev yenidən hesabı bərabərləşdirib. "Qarabağ"ın qələbə qolunu isə matçın sonlarına doğru 89-cu dəqiqədə Bəhlul Mustafazadə vurub.
Qeyd edək ki, hazırda Misli Premyer Liqasına 53 xalla "Qarabağ" liderlik edir. Bir oyun az keçirən "Sabah" 43 xalla ikinci yerdədir.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...