Qarabağ iqtisadi rayonunda nə qədər yeni iş yeri yaradılıb? - RƏSMİ
Qarabağ iqtisadi rayonunda bu ilin III rübündə 617 yeni iş yeri yaradılıb.
BAKU.WS trend-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2.3 dəfə (129.4%) çoxdur. Belə ki, 2023-cü ilin III rübündə Qarabağ iqtisadi rayonunda 269 yeni iş yeri yaradılmışdı.
Hesabat dövründə iş yerlərinin 194-ü Xankəndidə, 25-i Ağcabədidə, 70-i Ağdamda, 5-i Ağdərədə, 44-ü Bərdədə, 33-ü Füzulidə, 48-i Xocalıda, 16-sı Xocavənddə, 92-si Şuşada, 90-ı Tərtərdə yaradılıb.
Bu ilin 9 ayında Qarabağ iqtisadi rayonunda 1 171 yeni iş yeri açılıb. Ötən ilin eyni dövründə bu göstərici 742-yə bərabər olub. Beləliklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 9 ayında sözügedən ərazidə yeni iş yerlərinin sayı 429 ədəd və yaxud 57.8% artıb.
Cari ilin 9 ayında Qarabağ iqtisadi rayonunda yeni açılmış iş yerlərinin 209-u Xankəndidə, 92-si Ağcabədidə, 173-ü Ağdamda, 9-u Ağdərədə, 54-ü Bərdədə, 70-i Füzulidə, 51-i Xocalıda, 30-u Xocavənddə, 324-ü Şuşada, 159-u Tərtərdə yaradılıb.
Oxşar xəbərlər
Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunun yenidən qurulması davam edir
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunun yenidən qurulmasını davam etdirir. BAKU.WS agentliyə istinadən xəb...