Qanunsuz yolla əldə edilən meşə materialı aşkarlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Qanunsuz meşə materiallarının axşam saatlarında “Mercedes-Benz” markalı avtomobillə Bakıya daşınması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan məlumat əsasında nəzarət tədbirləri keçirilib.
Xidmət rəsmisi Vaqif Cavadov BAKU.WS-ə bildirib ki, keçirilən nəzarət tədbirləri zamanı “Mercedes-Benz” markalı 99-SH-688 dövlət nömrə nişanlı avtomobildə meşə materialının daşındığına şübhələr yarandığından Yol Patrul Xidmətinin əməkdaşlarına məlumat verilib:
"Binəqədi rayonu ərazisində avtomobil saxlanılaraq yük yerinə baxış keçirilib. Baxış zamanı qanunsuz yolla əldə edilmiş 16 m3 həcmində işlik meşə materialı aşkar edilib.
Hazırda faktla bağlı araşdırma aparılır”.
Oxşar xəbərlər
Tovuzda “ASAN Həyat” kompleksi istifadəyə verildi - FOTO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuzda “ASAN Həyat” kompleksinin açılışında iştirak edib. BAKU.WS xəbər verir ki, dövlətimizin b...