"Qalatasaray" klubunun oyununda şəhidlərimiz yad ediləcək

Qalatasaray klubunun oyununda şəhidlərimiz yad ediləcək
Sosial 207

"Qalatasaray"ın növbəti oyunlarından birində stadionda şəhidimiz Muradın səs yazısı səslənəcək, Fərid yazılı forma ilə oyuna çıxacaqlar".

BAKU.WS xəbər verir ki, bu barədə tanınmış idman jurnalisti Gündüz Abbaszadə bildirib.

Onun sözlərinə görə, şəhid olmuş Fərid Dursunov və Murad Məmmədovun ailəsi "Qalatasaray"ın oyununa dəvət olunacaq.

"Klub şəhidimizin məzarını ziyarət edəcək. "Qalatasaray" prezidentinin köməkçisi Yusuf Günay bir az əvvəl telefon danışığımızda mənə bunları dedi.

Fərid və Muradın ailəsinin nömrələrini də istədi. Tapdıq göndərdik. Bununla yanaşı Türkiyə TV-lərində bu haqda xəbərlər olacaq. Ümid edirəm, ruhları şaddır!" - jurnalist əlavə edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər