İşıq və qaza görə ödənişlərdə – YENİ QAYDA
Yeniliklərdən dərhal xəbərdar olun
Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan daxili bazarda elektrik enerjisi və təbii qazın yeni hesablanması mərhələləri müəyyən edilib.
BAKU.WS fins.az-a istinadən xəbər verir ki, "Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə Qaydası” təsdiqlənib.
Yeni qayda "Azneft","Azəriqaz", SOCAR, "Azərenerji" və "Azərişıq" birliklərinə aiddir. Qaydalara əsasən, enerji və ya qaz üzrə əvvəlcədən banklara ödənilən vəsaitlərin bir hissəsi təchizatçının özünə, bir hissəsi isə ƏDV-nin ödənişi üçün onun depozitinə yönəndiləcək.
Qeyd edək ki, hər operator üçün avansın xüsusi ölçüsü müəyyən edilib.
BAKU.WS
Oxşar xəbərlər
“Azərişıq”: Magistral qaz kəmərindəki yanğın elektrik enerjisi təchizatına təsir edib
Səngəçaldakı qaz qovşağından çıxan magistral qaz xətlərindən birində baş vermiş qəza nəticəsində "Azərenerji” ASC-nin Bakı və Sumqayıt şəhərlərindəki elektrik...