Prostat xərçənginə qarşı hansı qidalar istifadə edilməlidir?

Prostat xərçənginə qarşı hansı qidalar istifadə edilməlidir?
Sosial 92

Prostat xərçəngi dünyada kişilər arasında ən çox rast gəlinən onkoloji xəstəliklərdən biridir. Son araşdırmalar göstərib ki, bəzi qida məhsulları bu xəstəliyin inkişafını əhəmiyyətli dərəcədə ləngidə bilər. Böyük Britaniyada aparılan tədqiqat zamanı müəyyən edilib ki, brokoli, sarıkök, nar, yaşıl çay, zəncəfil və zoğal prostat xərçənginin proqressiyasını yavaşlatmaqda təsirli ola bilər.

BAKU.WS mk.ru-ya istinadən xəbər verir ki, tədqiqatda 212 prostat xərçəngi diaqnozu qoyulmuş kişi iştirak edib. Mütəxəssislər onların qidalanma vərdişlərinə dəyişiklik edərək bu altı məhsulun gündəlik rasiona əlavə edilməsinin təsirlərini izləyiblər. Nəticələr isə təsirli olub: xəstəliyin inkişafı 42% yavaşlayıb və xəstələrin əksəriyyəti radikal müalicədən imtina edərək həkim nəzarətində qalmağa üstünlük verib.

Mütəxəssislər bildirirlər ki, bu altı qida məhsulu antioksidant və iltihabəleyhinə xüsusiyyətlərə malikdir. Onların tərkibində olan fitokimyəvi maddələr DNT zədələnməsinin qarşısını alır və xərçəng hüceyrələrinin yayılmasını yavaşladır.

Brokoli – Güclü antioksidant təsir göstərir, xərçəng hüceyrələrinin inkişafını əngəlləyir.

Sarıkök – Tərkibindəki kurkumin maddəsi iltihab proseslərini azaldır və immun sistemini gücləndirir.

Nar – Xərçəng əleyhinə təsiri ilə tanınır, iltihabı azaldır və antioksidant qaynağıdır.

Yaşıl çay – Xərçəngin inkişafını yavaşladan və sərbəst radikalları neytrallaşdıran polifenollarla zəngindir.

Zəncəfil – Təbii iltihabəleyhinə təsir göstərir və toksinlərin bədəndən çıxarılmasına kömək edir.

Zoğal – Hüceyrələri qoruyaraq xərçəng riskini azaldan flavonoidlər ehtiva edir.

Tədqiqatda iştirak edən kişilərin bir hissəsinə probiotik tərkibli kapsullar da verilib. Bu qrupda xəstəliyin inkişafı daha da yavaşlayıb (42%), çünki probiotiklər fitokimyəvi maddələrin orqanizm tərəfindən daha yaxşı mənimsənilməsinə kömək edir.

Mütəxəssislər gündəlik qidalanmada probiotiklərə də yer verilməsini tövsiyə edirlər. Kefir, kələm turşusu, kimçi kimi qidalar bağırsaq mikroflorasını gücləndirir və ümumi sağlamlığa müsbət təsir göstərir.

Son xəbərlər