Prokuror "Arzum" ləqəbli bloqerə cəza istədi

Prokuror Arzum ləqəbli bloqerə cəza istədi
Sosial 132

Avtomobil qəzasında bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən "Arzum 9999" ləqəbli bloqer İlduzə Hacıyevanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb.

Dövlət ittihamçısı Nərmin Tahirzadə ittiham nitqi ilə çıxış edərək məhkəməyə İlduzə Hacıyevanın 5 il 9 ay müddətinə azadlıqdan məhrum edilməklə məhkəmə zalından həbs olunmasını təklif edib.

Proses çıxışlarla davam edib. Məhkəmənin növbəti iclası iyunun 25-nə təyin edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər