Prezidentin ASCO-ya yeni təyin etdiyi yeni sədr Əfqan Cəlilov kimdir? - DOSYE
Əfqan Süleyman oğlu Cəlilov "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
BAKU.WS xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Əfqan Süleyman oğlu Cəlilov 1978-ci ildə anadan olub. 1995 – 2001-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın tənzimlənməsi fakültəsi üzrə bakalavr, daha sonra isə qiymət və qiymətin əmələ gəlməsi ixtisasını fərqlənmə diplomu ilə bitirərək magistr dərəcəsi alıb.
2002 – 2005-ci illərdə Milli Bankın Bazar əməliyyatları departamentində çalışıb.
2005 – 2013-cü illərdə "AGBank" ASC-nin Metodologiya şöbəsinin rəisi, İnkişaf departamentinin direktoru, Maliyyə nəzarəti üzrə baş direktor vəzifəsində işləyib. 2013-cü ildə "AGBank" ASC-də İdarə Heyəti sədrinin müavini təyin edilib. 2016 – 2020-ci illərdə "AGBank" ASC-də İdarə Heyətinin sədri vəzifəsində işləyib.
2021 – 2023-cü illərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində olan "Azərpoçt" MMC-nin İdarə Heyətinin sədri olub.
Oxşar xəbərlər
Sürücülük vəsiqələrinin müddətsiz verilməsi mümkündürmü?
Azərbaycanda sürücülük vəsiqəsi almaq üçün vətəndaş 18 yaşını tamamlamalı, sürücülük məktəbində təlim keçməli, imtahan verməli və sağlamlıq haqqında arayış təqd...