Prezident: Karantin rejimi uzadılacaq - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Bildiyiniz kimi karantin rejimi aprelin 20-ə qədər nəzərdə tutulurdu. Ancaq mütəxəssislərin vahid fikrinə görə, karantin rejimi uzadılmalıdır".
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirilən iclasda deyib.
Dövlət başçısı bildirib ki, bu düzgün addım olacaqdır:
"Çünki müsbət dinamika hələ ki, ilk təzahürlərini göstərməkdədir. Biz bu dinamikanı dayanıqlı etməliyik. Ona görə Operativ Qərargah yaxın vaxtlarda bu məsələ ilə bağlı məlumat verəcək və karantin rejiminin uzadılması yeganə düzgün qərardır".
Oxşar xəbərlər
İlham Əliyev əfv sərəncamı imzaladı
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. "BAKU.WS xəbər verir ki, sərəncam dünyada koronavirus (COVİ...