Prezident 1,05 milyon manat ayırdı - SƏRƏNCAM
08
apr
2020
15:07
Prezident İlham Əliyev Samux rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
BAKU.WS xəbər verir ki, Sərəncama əsasən Samux rayonunun əhalisi 35078 nəfər olan 13 yaşayış məntəqəsində 15 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 1,05 milyon manat ayrılıb.
Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Oxşar xəbərlər
Prezident Füzuli rayonu üçün 980 min manat ayırdı
Prezident İlham Əliyev Füzuli rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair...