“Potensial təhlükələr nəzərə alınır” - SOCAR-dan palçıq vulkanları ilə bağlı AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
“Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən potensial təhlükələr nəzərə alınır”.
BAKU.WS xəbər verir ki, bu barədə “oxu.az”a SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov açıqlama verib.
Qurumun rəsmisi 4 iyul tarixində Xəzər dənizində baş vermiş partlayış nəzərə alınmaqla növbəti dövrdə yarana biləcək bu kimi hadisələrin şirkətin və onun əməkdaşlarının fəaliyyətinə təsiri ilə əlaqədar bildirib ki, ümumilikdə palçıq vulkanları neft-qaz yataqları ilə bağlıdır:
“Şirkət tərəfindən mövcud olan vulkanlar nəzərə alınır. Hazırda bizə hansı ərazilərdə palçıq vulkanlarının mövcud olduğu məlumdur”.
İbrahim Əhmədov qeyd edib ki, bu ərazilərə yaxın zonalarda məskunlaşdırma həyata keçirilmir:
“Eləcə də şirkət tərəfindən bu ərazilərin yaxınlığında sənaye təyinatlı obyektlər də tikilmir. Bütün bunlar bir qayda olaraq Dövlət Neft Şirkəti tərəfindən (SOCAR) nəzərə alınır”.
Xatırladaq ki, iyulun 4-də axşam saatlarında Xəzər dənizi istiqamətində baş vermiş hadisə zamanı SOCAR-ın heç bir sənaye obyektinə zərər dəyməyib.
Oxşar xəbərlər
"İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun təsdiqlənib
Prezident İlham Əliyev "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanunu təsdiq edib. BAKU.WS xəbər verir ki, qanun Azərbaycan Respu...