Polisin həyat yoldaşını öldürməsi ilə bağlı DYP münasibət bildirib

27
dek
2017
12:25
Baş Dövlət Yol Polisi İdarəsi dünən Bərdə rayonunda yol polisi əməkdaşının öz arvadını bıçaqlaması barədə yayılan xəbərə münasibət bildirib.BAKU.WS-in məlumatına görə, idarənin şöbə rəisi Kamran Əliyev “Report”a deyib ki, Bərdə rayon Yol Polisi Bölməsinin inspektoru Sevindik Şəmşir oğlu Məmmədovun həyat yoldaşını bıçaqlaması barədə məlumat araşdırılıb: “Bildiririk ki, Bərdə rayon DYP Bölməsində belə bir insan çalışmır. Yol polisində Şükürov Sevindik Şəmşir oğlu adlı əməkdaş olub ki, o da Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayında işləyib. Lakin xidmətdə yol verdiyi ciddi nöqsanlara görə bir neçə il öncə daxili işlər orqanlarından xaric edilib”.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda yol polisi həyat yoldaşını öldürdü
Bərdədə qətl törədilib.BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, dünən axşam saatlarında Bərdə rayon Əliyanlı kənd sakini, 1987-ci il təvəllüdlü Şükürov Sevin...
