Polisdən daha bir xoş addım - FOTO

Polisdən daha bir xoş addım - FOTO
Foto
Sosial 90

Xətai RPİ-nin əməkdaşları tərəfindən karantin günlərində daha 40 imkansız ailəyə maddi yardım edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Xətai RPİ-nin əməkdaşları tərəfindən karantin günlərində yaşlı və imkansız insanlara yardımlar edilir.

İdarənin əməkdaşları “Evdə qal” kampaniyası çərçivəsində xüsusi karantin rejim qaydalarına uyğun olaraq yaşayış yerlərini tərk edə bilməyən tənha və yaşlı insanlara, eləcə də aztəminatlı və çoxuşaqlı ailələrə köməklik göstəriblər.

Sonuncu dəfə Xətai rayonunun müxtəlif məntəqələrində yaşayan daha 40 ailəyə baş çəkən polis əməkdaşları onlara ərzaq məhsullarından ibarət bağlamalar, tibbi maska və dezinfeksiyaedici vasitələri təqdim ediblər.

Polislər həmin şəxslərlə bir daha maarifləndirici söhbətlər apararaq xüsusi karantin rejimi qaydalarına riayət etməyin vacib olduğunu onların diqqətinə çatdırıblar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər