Polisdən avtomobil sahiblərinə XƏBƏRDARLIQ – Ehtiyatlı olun!
22
avq
2019
11:20
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda avtomobili qarət edən şəxs saxlanılıb.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.Verilən məlumata görə, əməliyyat Yasamal RPİ 27-ci PB əməkdaşları tərəfindən keçirlilib.Keçirilən əməliyyat tədbirləri nəticəsində avqustun 21-də Tbilisi prospektində Bakı şəhər sakini Q.Əkbərova məxsus “Daewoo” markalı avtomobildən açıq qalmış pəncərədən girmək yolu ilə mobil telefon oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini F.Məmmədov saxlanılıb.Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib: Müraciətdə deyilir:“Bir daha vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, avtomobillərini park etdikdə və ya qısa müddətdə ayrıldıqda belə nəqliyyat vasitələrinin qapılarını bağlasınlar, salonda qiymətli əşyalar saxlamasınlar”.
Oxşar xəbərlər
Azərbaycanda hoteldə cinayət – Polis əməliyyat keçirdi
Qusar şəhəri ərazisində yerləşən hotellərin birində oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini F.Məmmədov saxlanılıb.Daxili İşlər Nazirliyinin Mətbuat xidmə...