Polis Gəncədə reydlərə başladı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən reyd keçirilir.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, aparılan yoxlamalar şəhərin bir sıra ərazilərində baş tutub.
Yoxlamalar şəhər sakinləri arasında, ictimai nəqliyyatda aparılıb. Xüsusi karantin rejiminin qaydalarını pozan şəxslər barəsində qanuna müvafiq olaraq tədbirlər görülüb.
Ümumilikdə ölkənin ikinci böyük şəhərində tətbiq edilən xüsusi karantin rejimi ilə bağlı səkkiz xüsusi post quraşdırılıb.
Bu postlar vasitəsi ilə Gəncə şəhərinə giriş-çıxışa nəzarət olunur.
Qalereya
Oxşar xəbərlər
Sərt karantin rejimi qaydalarına nəzarət gücləndirildi - VİDEO
Ölkədə koronavirus infeksiyasının yayılma sürətinin azaldılması, törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdiri...