Polis evdə əməliyyat keçirdi, nişan mərasimi dayandırıldı - VİDEO

Polis evdə əməliyyat keçirdi, nişan mərasimi dayandırıldı - VİDEO
Video
Sosial 865

Paytaxtın Sabunçu rayonunda nişan mərasiminin keçirilməsi aşkarlanıb.

Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Zabrat qəsəbəsində yaşayan Ö.Bəşirovun sanitariya-gigiyena və karantin rejim qaydalarını pozaraq evində övladına nişan mərasimi təşkil etdiyi məlum olub.

Polislər tərəfindən mərasimin qarşısı alınıb. Orada iştirak edən ümumilikdə 20 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər