“Şuşa” restoranında gizli keçirilən toydan görüntülər - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Nərimanov rayonunda xüsusi karantin rejimi qaydalarına əməl edilməyən şadlıq saraylarının birində, “Şuşa” restoranında toy mərasiminin keçirilməsi aşkalanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsinin və 18-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi tədbirlərlə sanitariya-gigiyena və karantin rejimi qaydalarını pozan obyektin sahibi, xidmət personalı, mərasimin təşkilatçıları və iştirakçıları barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Onlarla profilaktik söhbətlər aparılıb, xüsusi karantin rejimi qaydalarına əməl etməyin vacibliyi diqqətə çatdırılıb.
Ümumilikdə 19 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib. Mərasimin təşkilinə şərait yaradan şadlıq sarayının rəhbərliyi barəsində polis şöbəsində araşdırmalar aparılır.
Araşdırmanın nəticəsindən asılı olaraq toplanmış material rayon məhkəməsinə göndəriləcəkdir.
Oxşar xəbərlər
Şadlıq evinə qəfil polis əməliyyatının GÖRÜNTÜLƏRİ - VİDEO
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sanitar-gigiyena və karantin rejimi qaydalarının pozulmasına səbəb olan toy mərasi...