Polis axşam saatlarında çimərliklərə girişi dayandırıb?
Yeniliklərdən dərhal xəbərdar olun
Polislər axşam saatlarında çimərliklərə girişi dayandırıblar.
Bu barədə Oxu.Az-a ətrafdakı vətəndaşlar məlumat veriblər.
Bildirilib ki, polis əməkdaşları girişi bağlayan zaman heç bir xəbərdarlıq etməyiblər.Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, polis əməkdaşları tərəfindən ictimai çimərliklərə təhlükəsizlik məqsədilə havanın qaranlıq saatlarında giriş dayandırılır:
“Batma və boğulma təhlükəsi yarana bilər. Qeyd edilən bütün tədbirlər vətəndaşların mühafizəsi və təhlükəsizliyi üçün həyata keçirilir. Xahiş edirik ki, təhlükəsizliklə bağlı olan bu məsələləri vətəndaşlar nəzərə alsınlar”.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...