Polis Akademiyasında beynəlxalq konfrans keçirilib

Polis Akademiyasında beynəlxalq konfrans keçirilib
Foto Video
Sosial 20

Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasının təşkilatçılığı ilə "Cinayətkarlığa qarşı mübarizənin aktual problemləri" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Bu barədə BAKU.WS-ə DİN-dən məlumat verilib.

Bildirilib ki, tədbirdə Türkiyə, Macarıstan, Polşa, Moldova, Gürcüstan, Bolqarıstan, Serbiya, Özbəkistan, Tacikistan, Türkmənistan, Qazaxıstan və Qırğız Respublikalarının nümayəndələri iştirak ediblər. Bununla yanaşı, Milli Məclis və DİN-in müxtəlif qurumlarının məsul şəxsləri, həmçinin Bakı Dövlət Universiteti, Polis Akademiyası və Milli Aviasiya Akademiyasının əməkdaşları, magistr və doktorantları da tədbirə qatılıblar.

Konfransı giriş sözü ilə daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev açıb.

Konfransda iştirakçıların təqdimatlarında cinayətkarlığa qarşı mübarizənin cinayət-hüquqi və kriminoloji aspektləri, müasir cinayət formaları və inkişaf tendensiyaları geniş şəkildə müzakirə olunub. Həmçinin cinayətlərin yeni növləri, onlara qarşı mübarizənin nəzəri və praktiki problemləri, hüquq-mühafizə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi perspektivləri, istintaq və məhkəmə təcrübəsi barədə fikirlər səsləndirilib.

Konfrans çərçivəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi, hüquq sisteminin müasir çağırışlara uyğunlaşdırılması, kibertəhlükəsizlik və rəqəmsal sübutlarla bağlı yeni normativ tənzimləmələrin hazırlanması prioritet istiqamətlər kimi önə çıxıb. Bundan başqa, hüquq-mühafizə orqanları arasında əməkdaşlığın gücləndirilməsi, operativ məlumat mübadiləsinin daha da sürətləndirilməsi, birgə təlim və hazırlıq proqramlarının təşkili, mərkəzləşdirilmiş məlumat bazalarının genişləndirilməsi və elmi-analitik fəaliyyətin gücləndirilməsi üzrə fikir mübadiləsi aparılıb.

Son xəbərlər