Pişiklər xərçəngin müalicəsinə kömək edə bilər

Pişiklər xərçəngin müalicəsinə kömək edə bilər
Sosial 65

Onkoloji sahədə aparılan araşdırmalar pişiklərin xərçəngin öyrənilməsində mühüm rol oynaya biləcəyini göstərir. Bildirilir ki, pişiklərdə olan bəzi viruslar insanlarda qaraciyər xərçənginə səbəb olan viruslara bənzəyir. Bu xüsusiyyət alimlərə xəstəliyin mexanizmini daha yaxşı anlamağa və yeni müalicə üsulları hazırlamağa imkan verə bilər.

BAKU.WS xəbər verir ki, Yaponiya alimlərinin apardığı başqa bir araşdırma isə alma meyvəsinin hər kəs üçün eyni dərəcədə faydalı olmadığını ortaya qoyub. Məlum olub ki, bu meyvənin təsiri insanın bağırsaq mikroflorasından asılıdır. Bəzi insanlarda faydalı təsir göstərsə də, digərlərində ciddi dəyişiklik müşahidə olunmur.

Eyni zamanda, idmanla bağlı araşdırma göstərib ki, məşq vaxtının insanın bioloji ritminə uyğun olması daha effektiv nəticə verir. "Səhər insanları" üçün səhər məşqləri, "gecə insanları" üçün isə axşam saatlarında edilən məşqlər daha faydalı hesab olunur.

Ümumilikdə, alimlər sağlam həyat üçün fərdi yanaşmanın – qidalanma, idman və gündəlik rejimin şəxsi xüsusiyyətlərə uyğunlaşdırılmasının vacibliyini vurğulayırlar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər