Paytaxtın 3 rayonunun bəzi ərazilərində qaz olmayacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq
"Qum adası-Bayramzadə İEM" magistral qaz kəmərində, "Bahar" QTM-də və Yasamal rayonu, A.M.Şərifzadə küçəsində aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar 18.07.2025-ci il tarixdə saat 09:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
"Azəriqaz"dan BAKU.WS-ə verilən məlumata görə, təmir işləri görülən müddətdə Xətai rayonunun Müşfiq qəsəbəsinin və Zavod küçəsinin, Suraxanı rayonunun Hövsan qəsəbəsinin, Bahar, Dədə Qorqud, Sahil, Zığ bağları yaşayış massivlərinin və MİDA-1, MİDA-2 yaşayış komplekslərinin, Yasamal rayonunda isə A.M.Şərifzadə, H.Abbasov, M.Seyidov, Ə.Əhmədov, İ.Zülalov, N.Hikmət, X.Dadaşov, X.Mustafayev, V.Əliyev, Z.Kərimov, Ş.M.Xiyabani, D.Bünyadzadə küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Oxşar xəbərlər
Yanğında ölən Könül Hümbətovanın qızının acı taleyi: "Bir stəkan su içmək belə çətindir"
Bir il əvvəl Bakının Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı həyatını itirən üç nəfərdən biri Bakı Milli Geyim Evinin rəhbəri K...