Paytaxtda sıxlıq olan küçələrin SİYAHISI

Paytaxtda sıxlıq olan küçələrin SİYAHISI
Sosial 88

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

BAKU.WS xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda:

1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində;

2. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

3. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində;

4. Tbilisi prospekti, metronun "20 Yanvar" stansiyasından mərkəz istiqamətində;

5. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

6. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

7. Neftçilər prospekti, Yusif Səfərov küçəsi istiqamətində;

8. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

9. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;

10. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

11. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

12. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;

13. Binəqədi şosesi, metronun "Azadlıq prospekti" stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

14. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

15. Koroğlu Rəhimov küçəsi, Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

16. Koroğlu Rəhimov küçəsi, Mirzə Qədim İrəvani küçəsindən Həsən Əliyev küçəsi istiqamətində;

17. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

18. Şəmsi Bədəlbəyli küçəsi, "Qış parkı"nın qarşısından Mərkəzi Bank istiqamətində;

19. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;

20. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

Son xəbərlər