Paytaxtda "ilk dərs günü" tıxacın qarşısını almaq üçün böyük tədbir görüləcək - Bu şəxslər CƏRİMƏLƏNƏCƏK
Yeni tədris linin başlanmasına sayılı günlər qalıb. Tədris ilinin başlanması nə qədər xoş olsa da, paytaxt Bakıda sıxlıq və tıxacların daha artmasına səbəb olur.
Bakıda tıxac və sıxlıqların məktəb, universitet və digər təhsil ocaqlarının yaxınlığındakı yollarda daha çox qeydə alınmasını nəzərə alsaq, rəsmi qurum bunun qarşısını almaq üçün hansı addımlar atmağı düşünür?
BAKU.WS bu məqsələ Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) müraciət edib. NİİM-in Mətbuat xidmətinin rəhbəri Ömər Xıdırov BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, yeni tədris ili ilə bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaqlar:
"Mərkəzin əməkdaşları tərəfindən paytaxtın, xüsusilə də mərkəzi küçə və prospektlərində (bu vaxta qədər hansı küçə və prospektdə məktəblərin yaxınlığında sıxlıq yaranırdısa) həm təhsil ocaqlarının yaxınlığında, həm də yaxın kəsişmələrdə yollara müşahidə kameraları vasitəsi ilə nəzarət ediləcək.
Hansı ərazidə süni sıxlıq yaranacaqsa sıxlığın aradan qaldırılması məqsədilə yol polisi ilə mütəmadi informasiya mübadiləsi aparılacaq. Bununla yanaşı, sıxlığın qarşısını almaq üçün 152 kəsişmədə olan işıqforlara verilən "yaşıl dalğa" rejimi artırılacaq".
Ömər Xıdırov əlavə edib ki, digər yerlərdə olduğu kimi məktəblərin və universitetlərin ərtafında da dayanma və durma qaydalarının pozulması halları kameralar vasitəsilə qeydə alınacaq və qaydaları pozan şəxlər inzibati məsuliyyətə cəlb ediləcəklər:
"Ümumilikdə isə qeyd etmək istəyirəm ki, təcrübə göstərib ki, hər yeni tədris ili başlananda övladlarını təhsil ocaqlarına avtomobillə gətirən bir çox valideynlər və ya özü sürücü olan əksər tələbələr yol hərəkəti qaydalarına əməl etmirlər. Belə ki, şəxsi minik avtomobillərinin məktəblərin və universitetlərin yaxınlığında dayanma və durma qaydalarını pozmaqla saxlanılması, bəzi hallarda yol-nəqliyyat hadisələrinin baş verməsi sıxlığın yaranmasına səbəb olur. Bu vəziyyət ictimai nəqliyyatdan istifadə edib təhsil müəssisələrinə gələn digər hərəkət iştirakçılarının da yolda vaxt itirməsinə gətirib çıxarır".
Orxan Hüseyn
Oxşar xəbərlər
Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub
Sumqayıt Tibb Mərkəzində (STM) yeni təyinat baş tutub. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 4 nömrəli Xəstəxanasının baş həkim vəzifəsinə Bahadır Mahmudo...