BAKU.WS işıqlandırdı, problem həll olundu
Paytxatda yaşayış evlərinin önündəki aşan ağac ərazidən götürülüb.
Bu barədə BAKU.WS-ə Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.
Qeyd edilib ki, problem öz həllini tapıb və ağac təmizlənərək ərazidən aparılıb.
*** 10:52
Paytaxtda güclü külək səbəbi ilə 368 ağac aşıb.
BAKU.WS-in məlumatına görə, hazırda Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları bütün ərazilərdəki zədəli hissə-hissə ağacları təmizləyirlər.
***
Paytxatda yaşayış evlərinin önündəki ağac aşaraq gediş-gəlişə mane olub. Hadisə Xətai rayonunda yaşanıb.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə şikayət daxil olub.
Vətəndaş bildirir ki, Zığ yolu küçəsi mənzil 1b ünvanında iki gündür ağac aşıb və bu problemə baxan yoxdur.
Həmin ərazidən fotoları təqdim edirik:
Oxşar xəbərlər
"mygov" platformasında fərdi məlumatlar yalnız vətəndaşların razılığına və qanunvericiliyə əsasən emal olunur
Ölkənin əsas rəqəmsal hökumət platforması olan "mygov" platforması vətəndaşlara fərdi məlumatları üzərində tam nəzarət imkanı vermək məqsədilə rəqəmsal razılıq...