Paytaxt sakinlərinə müraciət edildi

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) paytaxt sakinlərinə müraciət edib.
BAKU.WS-in report-a istinadən məlumatına görə, müraciətdə deyilir ki, yay mövsümünün başlanması və paytaxtımıza çoxsaylı qonaqların və xarici turistlərin gəlişinin gözlənilməsi ilə əlaqədar şənbə günü, iyun ayının 10-da Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda növbəti ümumşəhər daxili iməciliyinin keçirilməsi qərara alınıb. İməcilik zamanı şəhərin prospekt və küçələrində, həyət və məhəllələrdə təmizlik-abadlıq işləri görüləcək.
"Bakı Şəhər İcra Hakimiyyəti müəssisə, idarə və təşkilatların kollektivlərini, paytaxt sakinlərini bu iməcilikdə fəal olmağa çağırır, həmçinin sahibkarlar və özəl sektorda çalışanlara müraciət edərək onları özlərinə məxsus obyektlərin fasad və vitrinlərində və obyektlərin qarşısında təmizlik və səliqə-sahman yaradılmasında iştirak etməyə dəvət edir.
Bununla da hər birimiz paytaxtımızın daha da gözəlləşməsinə öz töhfəmizi vermiş olacağıq", - müraciətdə deyilir.
Oxşar xəbərlər
Bu tarixdən paytaxtda böyükhəcmli təmizlik işləri BAŞLAYIR
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində şənbə günü, dekabr ayının 17-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytax...
