Bakıda ümumşəhər daxili iməciliyi keçiriləcək

Bakıda ümumşəhər daxili iməciliyi keçiriləcək
Sosial 96

Yaz mövsümü ilə əlaqədar şənbə günü, aprelin 2-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda ümumşəhər daxili iməciliyinin keçirilməsi qərara alınıb.

Bu barədə BAKU.WS-ə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.

Daxili iməcilik zamanı prospekt və küçələr, səki kənarları, bordyur və işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, köşklər və dayanacaqlar, ağaclar və yaşıllıq zolaqları, binaların fasadları yuyulacaq, ağaclar budanacaq, həyət və məhəllələrdə təmizlik-abadlıq işləri görüləcəkdir.

Bakı Şəhər İcra Hakimiyyəti müəssisə, idarə və təşkilatların kollektivlərini, paytaxt sakinlərini bu iməcilikdə fəal olmağa çağırır, həmçinin sahibkarlar və özəl sektorda çalışanlara müraciət edərək onları özlərinə məxsus ticarət, ictimai-iaşə və digər obyektlərin fasad və vitrinlərində, obyektlərinin qarşısında təmizlik və səliqə-sahman yaradılmasında iştirak etməyə dəvət edir.

Oxşar xəbərlər

Bakı Novruz bayramına belə hazırlaşır - FOTO

Bakı Novruz bayramına belə hazırlaşır - FOTO

Novruz Bayramı ərəfəsində paytaxt Bakı şəhərində genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilir. Bu barədə BAKU.WS-ə Bakı Şəhər İcra Hakimiyyətinin M...

189 Sosial 12:41 12 mart 2022

Son xəbərlər