Bakı Şəhər İcra Hakimiyyətindən əhaliyə çağırış - May ayının 21-i

Bakı Şəhər İcra Hakimiyyətindən əhaliyə çağırış - May ayının 21-i
Sosial 23516

Yaz mövsümü ilə əlaqədar sabah, may ayının 21-də Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən paytaxtda ümumşəhər daxili iməciliyinin keçirilməsi qərara alınıb.

BŞİH-dən BAKU.WS-ə verilən məlumata görə, daxili iməcilik zamanı prospekt və küçələr, səki kənarları, bordür və işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, köşklər və dayanacaqlar, ağaclar və yaşıllıq zolaqları yuyulacaq, ağaclar budanacaq, həyət və məhəllələrdə təmizlik-abadlıq işləri görüləcək.

BŞİH müəssisə, idarə və təşkilatların kollektivlərini, paytaxt sakinlərini bu iməclikdə fəal olmağa çağırıb.

Həmçinin sahibkarlar və özəl sektorda çalışanlara müraciət edərək onları özlərinə məxsus ticarət, ictimai-iaşə və digər obyektlərin fasad və vitrinlərində, obyektlərinin qarşısında təmizlik və səliqə-sahman yaradılmasında iştirak etməyə dəvət edib.

Oxşar xəbərlər

Bakıda ümumşəhər daxili iməciliyi keçiriləcək

Bakıda ümumşəhər daxili iməciliyi keçiriləcək

Yaz mövsümü ilə əlaqədar şənbə günü, aprelin 2-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda ümumşəhər daxili iməciliyinin keçirilməsi qərara alınıb. Bu b...

96 Sosial 10:33 01 aprel 2022

Son xəbərlər