Payızda karantin qaydaları sərtləşdiriləcək? - AÇIQLAMA - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
''Oktyabr-dekabr aylarında Azərbaycanda koronovirus infeksiyasına yolxuma çoxala bilər''.
BAKU.WS xəbər verir ki, bunu XəzərTV-yə açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
O bildirib ki, bütün hava-damcı infeksiyalarında payız-qış aylarında eyni qanunauyğunluqla epidemik alovlanmalar müşahidə olunur. İnfeksionist onu da əlavə edib ki, hazırda Azərbaycanda koronavirusla əlaqəli epidemioloji vəziyyət müəyyən qədər yüksək səviyyədə stabilləşməkdədir, bəzi günlərdə infeksiyadan sağalanların sayı yeni yoluxanların sayını hətta üstələyir.
Təyyar Eyvazov onu da bildirib ki, dünyada da eyni tendensiya müşahidə olunur.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı da havaların soyuduğu dövrlərdə yoluxma hallarının sayında əhəmiyyətli artımların olacağını proqnozlaşdırır. Belə dövrlərdə əhalinin sanitar qaydalara ciddi riayət etməsi daha da vacib sayılır. Xüsusən qapalı məkanlarda maskadan istifadə, otaqların tez-tez havalandırılması, insanların toplandığı məkanlarda daha az vaxt keçirmək, gigiyena qaydalarına əməl etmək tövsiyə edilir.
Oxşar xəbərlər
Azərbaycanda oktyabr-dekabr aylarında epidemik alovlanmalar gözlənilir - RƏSMİ
“Bütün hava-damcı infeksiyalarında payız-qış aylarında eyni qanunauyğunluqla epidemik alovlanmalar müşahidə olunur. Bu hal, çox güman, Azərbaycanda oktyabr-deka...