Payız mövsümündə allergiyalar artır – mütəxəssislər xəbərdarlıq edir

Payız mövsümündə allergiyalar artır – mütəxəssislər xəbərdarlıq edir
Sosial 54

Payız fəsli ilə birlikdə havaların soyuması, rütubətin artması və yarpaqların tökülməsi bir sıra sağlamlıq problemlərini də gündəmə gətirir.

BAKU.WS xəbər verir ki, mütəxəssislər bildirirlər ki, xüsusilə allergiyaya meyilli şəxslərdə simptomlar daha da güclənir.

Həkimlər qeyd edir ki, payızda ən çox rast gəlinən allergiyalar toz, göbələk sporları və polenlə əlaqədar olur. Havanın rütubətli olması və tökülən yarpaqlar göbələk sporlarının sayını artırır ki, bu da burun tıxanması, öskürək, gözlərin qaşınması və dəridə səpgilər kimi əlamətlərlə özünü göstərir.

Mütəxəssislər allergiyadan qorunmaq üçün aşağıdakı tədbirləri tövsiyə edirlər:

-Evinizi və iş yerinizi tez-tez təmizləmək, toz və nəmli yerlərin qarşısını almaq.

-Açıq havada, xüsusilə səhər saatlarında çox polen olan ərazilərdə uzun müddət qalmaqdan çəkinmək.

-Allergiya əlamətləri varsa, həkim məsləhəti ilə dərman istifadə etmək.

Bundan əlavə, payızda qrip, soyuqdəymə və tənəffüs yolları xəstəliklərinin də artdığı vurğulanır. Mütəxəssislər düzgün qidalanma, vitaminlərlə zəngin qidalar qəbul etmək və özünü isti saxlamağın xəstəliklərin qarşısını almağa kömək etdiyini bildirirlər.

Son xəbərlər